23 Dekabr 2024
Dünya futbolu

“İnter”in qapıçısı: “Gecə bizim üçün yaxşı bitdi”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı məğlub edən(2:0) “İnter”in qapıçısı Xuan Pablo Karrizo matç haqqında fikirlərini danışıb.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına danışan qolkiper bu fikirləri söyləyib:

“Kalyari”yə ağır məğlubiyyətdən sonra “Qarabağ”la oyun bizim üçün önəmli idi. Bu qələbə bizdə özünəinamı yaratdı. Gecə bizim üçün yaxşı bitdi. Oyun istədiyimiz kimi yaxşı alınmasa da, vacib olan 3 xalı qazandıq. Bu qələbə “Fiorentina” ilə oyuna daha inamlı getməyimizə imkan verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43