“Gözəl matç böyük biabırçılıqla bitdi. Biz Turinə öz oyunumuzu oynamağa gəlmişdik. Amma siz oyunun gedişində olanları gördünüz. İllərdi ki, eyni şeylər olur. Hakimlərə məğlub olub-olmadığımızı bilmirəm, ancaq dəqiq bilirəm ki, “Yuventus”a uduzmadıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Roma”nın kapitanı Françesko Totti “Yuventus” – “Roma” (3-2) matçından sonra deyib:
Əsəbiyik, eyni zamanda anlayırıq ki, əla komandamız var və başımızı dik tutmalıyıq. Bu matça həqiqətən də hazırlaşmışdıq. “Yuventus”a gəlincəysə, onlar şəxsi liqaya malik olmalıdılar. Onsuz da bütün doğru və yalanlarıyla qalib gəlməyi bacarırlar.
İtalyan futbolu həminki şübhəli hadisələrə yenidən qayıdır? Bu haqda danışan tək mən deyiləm. Bu, bütün italyan futbolu üçün müzakirə mövzusudu. İstənilən azacıq şübhəli epizodda “Yuventus” penalti qazanır. Ancaq mən indi dayanmalıyam, axı diskvalifikasiya oluna bilərəm”.