Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Araz Naxçıvan”la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan AZAL bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək.
“Təyyarəçilər” oktyabrın 9-da “Qəbələ” ilə qarşılaşacaq. Bunun üçün komanda artıq Qəbələyə yollanıb. Komanda artıq Qəbələ şəhər stadionunda məşq də edib.
Qeyd edək ki, “Qəbələ” – AZAL yoxlama matçı sabah saat 16:00-da başlayacaq.