23 Dekabr 2024
Kateqoriyasız

Rasim Ramaldanovdan acı etiraf: “Başqa yolumuz yoxdu”

“Frankfurtda yaxşı təlim-məşq toplantısı keçdik. Artıq Palermodayıq və matçın başlama saatını gözləyirik”. 

Bu sözləri idmanxeber.com-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rasim Ramaldanov deyib.

Sabah İtaliya ilə qarşılaşacaq millimizin futbolçusu çətin qarşılaşma öncəsi iddialı danışıb:

“Bolqarıstanla oyunda xal qazanmaq şansımız çox idi. Ancaq son dəqiqələrdə bunu əldən verdik. Şanssızlıq nəticədə bizi xalsız qoydu. Lakin dönüş etməliyik. Bilirik ki, İtaliya ilə oyun çox çətin olacaq. Ancaq başqa yolumuz yoxdu. Bu vəziyyətdən çıxmalıyıq və nəyə qadir olduğumuzu göstərməliyik”.

Ramaldanov 3 gün içərisində iki güclü komanda ilə qarşılaşmaya hazır olduqlarını bildirib:

“Düzdü, üç gün içində İtaliya və Xorvatiya kimi iki güclü futbol yığması ilə qarşılaşmaq asan deyil. Ancaq başqa yolumuz yoxdu. Bütün gücümüzü meydanda qoyub, xal qazanmaq istəyirik”.

Sonda Bolqarıstanla oyunda meydana çıxmayan müdafiəçi sabahkı qarşılaşmada forma geyinib-geyinməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Bu baş məşqçinin işidi. Kimi məsləhət görər o da oynayar. Əgər mənə güvənsələr meydanda canımı qoyaram. Fərqi yoxdu,meydana çıxdım, ya yox. Əsas olan yaxşı nəticə qazanmaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43