24 Dekabr 2024
Milli komanda

“Barselona”nın futbolçusu: “Əgər Azərbaycanla görüşdə də qələbə qazansaq…”

"Bu qələbə bizim üçün çox önəmli idi. Səfərdən yaxşı nəticə ilə qayıtdıq. Oyun çətin keçdi. Ancaq biz daha yaxşı komanda olduğumuzu nümayiş etdirdik".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Avro-2016"nın seçmə mərhələsində səfərdə Bolqarıstana 1:0 hesabı ilə qalib gələn Xorvatiya millisinin futbolçusu İvan Rakitiç deyib:

"Əgər Azərbaycanla görüşdə də qələbə qazansaq, bu fantastik nəticə olacaq. Onlara qarşı yaxşı hazırlaşmalıyıq. Komandaya inanıram".

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43