İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi millimizlə oyundan sonra ölkəsinin mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, futbolçu bu sözləri deyib:
“Oyundan qopmadıq. Sonadək mübarizə apardıq. Oyundan öncə hər kəs bizim favorit olduğumuzu söyləyirdi. Lakin dünən çətin qələbə qazandığımızı hər kəs gördü. Hər oyunda qələbə qazanmaq istəyirik. Bu, yığmanın yüksəlişinin sirridir. Ancaq Azərbaycan millisi kimi tamamilə müdafiəyə çəkilən komandalara qarşı oynamaq hər zaman çətindir. Qol vurmaq üçün çox əziyyət çəkdik. Standart vəziyyətlərdən maksimum yararlanaraq qələbə qazandıq. Bu, çox sevindiricidir. İndi Malta ilə oyunu düşünürük”.