“Avro-2016″nın seçmə mərhələsində bu axşam millimizlə qarşılaşacaq Xorvatiya millisinin futbolçusu İvan Perişiç ölkəsinin mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi axşamkı matçla bağlı bunları deyib:
“Azərbaycanla oyunda erkən qol vurmalıyıq. Əks təqdirdə işimiz çətin olacaq. Çünki həm Bolqarıstan, həm də İtaliya Azərbaycanla oyunlarda qələbə qolunu matçın sonlarına yaxın vurdular. Buna görə də rəqibi qiymətləndirməyə bilmərik. Ümid edirəm ki, bu oyunu da qələbə ilə başa vuracağıq”.
Qeyd edək ki, bu gün Osiek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Bakı vaxt ilə saat 23:45-də başlayacaq.