Bildiyiniz kimi dünən Azərbaycan kubokunun püşkü atıldı.
İdmanxeber.com-un məlumatına görə, püşkdən sonra artıq indidən prinsipial rəqiblər “Xəzər Lənkəran” və “Neftçi”nin finalda qarşılaşmayacağı dəqiqdi. Bu iki komanda arasında matç ən yaxşı halda yarımfinalda baş tuta bilər.
Bunun üçün “Xəzər Lənkəran” müvafiq olaraq “Araz-Naxçıvan” səddini keçib, “Şahdağ” – “İnter” qarşılaşmasının ən güclüsünü gözləməlidi. Məhz cənublular bu cütün qalibini də yenməklə yarımfinala çıxa bilər.
XL-ən fərqli “Neftçi” isə yarımfinala gedən yolda divizion komandalarının biri ilə qarşılaşacaq. “Qaradağ Lökbatan” – “Zirə” cütünün qalibi “ağ-qaralar”a rəqib olacaq.
Qısacası bu il də kubokda “Neftçi” – “Xəzər Lənkəran” finalının olmayacağı dəqiqdi.