UEFA prezidenti Mişel Platini maraqlı təkliflə diqqət mərkəzinə düşüb.
İdmanxeber.com-un məlumatına görə, Platini özünün yazdığı “Futbol haqqında danışaq” kitabında ağ vərəqələrin tətbiq olunmasından yazıb. Platininin təklifinə əsasən, futbolçu hakimə etiraz edəcəyi təqdirdə, hakim onu ağ vərəqə göstərir, bundan sonra 10 dəqiqə müddətinə meydandan uzaqlaşdırılır. Bundan başqa məşqçilərə üç yox, beş futbolçu dəyişikliyindən istifadə etmək hüququ verilməsi və hakimlərə qoyulan minumum yaş həddinin aradan qaldırılması və yan xətt hakimlərinin meydana daxil olmasına icazə verilməsini Mişel Platini kitabında qeyd edib.