24 Dekabr 2024
Kateqoriyasız

“Dnepr”in futbolçusu: “Gelaşvili “Qarabağ” haqda danışdı və anladım ki…”

Dnepr”in futbolçusu Caba Kankava Ukrayna mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qarabağ”la oyun barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Caba Kankava bu fikirləri səsləndirib:

“Qarabağ” qrupun autsayderi deyil. Rəqib yaxşı komandadır. Bunu ötən mövsüm “Qarabağ”da oynayan Gürcüstan millisindəki komanda yoldaşım Nikolas Gelaşvili də təsdiq edir. Gelaşvili “Qarabağ” haqda danışdı və anladım ki, bizə çətin olacaq. Rəqibin heyətində bir neçə braziliyalı legioner çıxış edir. Onlar hücumda yaxşı təsir bağışlayırlar. Bu komandaya azarkeşləri də böyük dəstək verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43