18 Oktyabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Futbolçuların keyfiyyətindən çox şey asılıdır”

Topaz Premyer Liqasının VIII turunun açılış oyununda “Sumqayıt” “Neftçi”ni qəbul etdi. Oyun qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra bu fikriləri söyləyib:

“Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik. Ən azından heç-heçə edə bilərdik. Mən futbolçulara təşəkkür edirəm. Mövsümün ən yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidir. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdır”.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43