18 Oktyabr 2024
Kateqoriyasız

“Forza” bu dəfə fərqli qayıtdı

“Neftçi”nin “Forza” azad azarkeş qrupu fəaliyyətini rəsmən bərpa edib.

Qrupdan idmanxeber.com-a verilən məlumata görə, “Forza” klubla bütün əlaqələri kəsərək yenidən tribunaya qayıdıb.

“Forza” “İnter”lə çempionat matçında tribunada yerini alacaq. “Forza” azad azarkeş qrupu bundan sonra klubdan bilet belə almayacaq. 

Sonda onu da qeyd edək ki, “Forza”nın Berlində, İstanbulda və Kievdə də qolları var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43