25 Dekabr 2024
Kateqoriyasız

Mirça Rednik mili komandaya gətirilir

Sabiq “Xəzər Lənkəran”lı baş məşqçi Mirça Rednik Ruminya millisinin baş məşqçi postuna namizəddir.

İdmanxeber.com-un məlumatına görə, Ruminyanın baş məşqçisi Viktor Pitsurkanın istefasından sonra posta ilk namizəd kimi Rednik görünür. Rednikdən  başqa “Qəbələ”də işləri yolunda getməyən Dorinel Muntyanunun da posta namizədlər sırasında adı çəkilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43