Azərbaycan çempionatının ən yaxşı bombardirləri sırasında olan futbolçular üçün VIII tur uğurlu olub.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Rəşad Abdullayev AZAL, Vüqar Nadirov “Qarabağ”, Rauf Əliyev “Xəzər Lənkəran”ın heyətində fərqlənib.
Sonuncu qol sayını 36-ya çatdırıbsa, hesabında 40-dan artıq qol olan digərləri 50 və daha çox qol vuranların siyahısına daha da yaxınlaşıb.
47-ci dəfə qol sevinci yaşayan Abdullayevi 32 nəfərlik siyahıdan cəmi 3 qol ayırır. Nadirov isə bunun üçün 9 qol vurmalıdır. Ümumiyyətlə hazırda Premyer Liqada çıxış edən 8 oyunçunun hesabında 30 və daha çox qol var.
1. Rəşad Abdullayev – 47
2. Viktor İqbekoyi – 43
3. Vüqar Nadirov – 41
4. Rauf Əliyev – 36
5. Baçana Sxadadze – 33
6-7. Əfran İsmayılov, Junior Nildo – 31
8. Flavinyo – 30