“Xəzər Lənkəran”ın gənc hücumçusu Elnur Cəfərovun müshaibəsi.
– “Bakı” üzərində qazanılan möhtəşəm qələbə haqda fikirlərini bilmək istəyərdim.
Mənim və komandam üçün əhəmiyyətli bir oyun idi. Qələbə qaazanıb xal ehtiyatımızı çoxaltmaq istəyirdik. Buna da nail olduq.
– Bu mövsüm komandanın əsas heyətində meydana çıxdın və qol vurdun. Səncə, Oğuz Çətinin etimadını doğrulda bildin?
Bunu baş məşqçi daha yaxşı bilər. O, mənə şans verdi və mən bu şansdan maksimum yararlanmağa çalışdım. Hər bir insan həyatda şans qazanır. Bu şans mənə də verildi və mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.
– “Fırtınalar meydanı” 3 xalı 4 qolla gördü…
Biz son 3 oyunda özümüzü toparlaya bilidik və çempionluq uğurunda mübarizə aparacağımızı göstəririk. Komandamız hər bir oyuna qələbə üçün çıxır.
– Adətən yerli gənc futbolçular bir-iki oyun yaxşı tərəfdən özlərini göstərdikdən və tərif eşitdikdən sonra “ulduz xəstəliyi”nə tutulurlar…
Mən mənə verilən tapşırıqları yerinə yetirib daha da möhkəmlənmək istəyirəm. “Xəzər Lənkəran” və Azərbaycan futboluna xeyir vermək istəyirəm. İnşAllah məndə belə şeylər olmaz. Mən daha da artırmaq və öz oyunumu oynamaq istəyirəm. “Ulduz xəstəliyi” mənə yad bir şeydi.
newsport.az