FİFA prezidenti Yozef Blatter ötən gün maraqlı açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumunun başçısı 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının oyunlarının noyabr və dekabr aylarında keçiriləcəyini bildirib.
“Qətərdə yayda futbol oynamaq mümkün deyil. Ona görə də mundialın oyunları noyabr və dekabr aylarında keçiriləcək. Düşünürəm ki, bu, ən doğru qərardır”.