"Qarabağ" həqiqətən yüksəlişdədir, zədəli futbolçuları demək olar ki, yoxdur. Sabah çox vacib oyun olacaq. Ona görə də mütləq qələbə qazanmalıyıq".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Dnepr" klubunun futbolçusu Nikola Kaliçin Ukrayna mətbuatına açıqlamasında deyib.
26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşcaqları "Qarabağ"ın güclü rəqib olduğunu və onlara qarşı matçın çətin keçəcəyini bildirib: "Şübhəsiz, ölkə çempionatında "Çernomorets" üzərində qələbə bizə əlavə impuls verdi. Bu mənada Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la görüşdə psixoloji baxımdan oynamaq daha asan olacaq. Bundan yanaşı, Azərbaycan komandasına qarşı təkcə ev yox, səfər oyunlarında da uğurlu çıxış etməliyik. Rəqib hər zaman güclü təsir bağışlayır. Düşünürəm ki, "Qarabağ"ın Bakıda "Sent-Etyen"lə dueli onların evdə nə dərəcədə çətin bir komanda olduğunun parlaq göstəricisidir".
Kaliniç "Qarabağ"la oyunlarda mümkün qədər çox qol vurmağa çalışacaqlarını deyib: "Biz daha öncə güclü rəqiblərə qarşı oynamışıq. "Kopenhagen", "Hayduk", "İnter" və "Sent-Etyen" yaxşı səviyyəli komandalardır və onlara qol vurmaq çox da asan deyil. "Qarabağ"la oyunda "vurulan toplar" qrafası da daxil olmaqla öz göstəricilərimizi yaxşılaşdırmağa çalışacağıq. Yekunda qol vura bilməsək, qələbə də olmayacaq. Ona görə də bizə mütləq qol vurmaq lazımdır".
Qeyd edək ki, "Dnepr" – "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.