23 Dekabr 2024
Kateqoriyasız

“Dnepr”in baş məşqçisi: “Əgər “Qarabağ”ı məğlub edə bilsək…”

Avroliqanın qrup mərhələsində "Qarabağ”ı qəbul edəcək "Dnepr” klubunun baş məşqçisi Miron Markeviç matç haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, mütəxəssis bu fikirləri bildirib:

"Qarabağ” Avroliqanın qrup mərhələsində ilk görüşünü "Sent-Etyen”ə qarşı keçirdi. Həmin matçda çox yaxşı oyun göstərmişdilər.Düzdü, ikinci qarşılaşmada səfərdə "İnter”ə uduzdular. Amma Milanda onlar öz oyunlarını nümayiş etdirə bilmişdilər. "Qarabağ”ın heyətində 3-4 braziliyalı futbolçu var. Ümumiyyətlə, bu klubun iki eyni heyəti var. Biri daxili çempionatda oynayır, digəri Avroliqada. Onlar pley-off mərhələsində güclü Hollandiya klubunu mübarizədən kənarlaşdırıblar. Bu isə ondan xəbər verir ki, rəqibimiz formadadı”.

O bildirib ki, komandasında heç bir problem yoxdur və rəqibdən xal ala bilər: "Komandamızda heç bir problem yoxdur. Roman Zozulya da artıq heyətə dönüb. İstərdik ki, "Qarabağ”dan 3 xal alaq. Çünki onlarla oyunlar qrupda ikincilik uğrunda vacib görüşlər olacaq. Əgər bu komandanı məğlub edə bilsək, işimizi asanlaşdıracağıq. İnanıram ki, biz daxili çempionatdakı uğurumuzu Avroliqada da davam etdirib gücümüzü sübut edəcəyik”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43