UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə “Dnepr”lə qarşılaşacaq “Qarabağ” matçın keçiriləcəyi Olimpiya Milli İdman Kompleksinin stadionunda dəstəksiz qalmayacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunu səfərdə dəstəkləmək üçün bir qrup jurnalist və azarkeş Ukraynaya yollanıb.