Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək "Dnepr" – "Qarabağ" matçına maraq olduqca azdı.
İdmanxeber.com-un məlumatına görə, Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək qarşılaşmaya cəmi 6 min bilet satılıb.
Matçın başlama saatına kimi bu rəqəmin ən yaxşı halda 10 minə çatacağı gözlənilir.
Qeyd edək ki, UEFA "Dnepr"ə bu oyunu Dnepropetrovskidə keçirməyə qadağa qoymuşdu. Məhz buna görə, "Dnepr" "Qarabağ" Kiyevdə qəbul edəcək. Matça azarkeş marağı bu səbəbdən azdı.