Topaz Premyer Liqasının IX turunda keçirilən AZAL – “Bakı” oyunu qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatdı. Oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bu sözləri deyib:
“Mən bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər. Biz qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdır. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.