30 Dekabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan”a xəbərdarlıq edildi

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Simurq”a böyükhesabla məğlub olan (0:4) “Araz Naxçıvan”da iclas keçirilib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi, başda Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov olmaqla məşqçilər və futbolçularla görüş təşkil edilib.

İclasda çıxış edən Azad Cabbarov ilk olaraq komandanın son 7 turda qələbə qazana bilməməsinin səbəblərini məşqçilər heyəti ilə müzakirə edib. Eyni zamanda görüşdə futbolçuların fərdi, həmçinin kollektiv səviyyələrinin aşağı olduğu diqqətə çatdırılıb və məşqçilərin qarşısına şərt qoyulub.

Klubun icraçı direktoru başda olmaqla, digər işçilərə də ciddi xəbərdarlıq edilib. Komanda ümumi şəkildə cərimələnib və bir neçə futbolçunun göndərilməsinə qərar verilib. Növbəti turlarda komanda bu nəticəni davam etdirəcəyi təqdirdə isə daha ciddi addımlar atılacağı bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43