19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa
çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək millimiz noyabrın
10-da Macarıstan, noyabrın 12-də Slovakiya, noyabrın 15-də isə Sloveniya
ilə qarşılaşacaq.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə,
yığmamız noyabrın 3-dən 5-dək Makedoniyanın Skopye şəhərində təlim-məşq
toplanışında olacaq, noyabrın 5-də Makedoniyanın U-19 millisi ilə üz-üzə
gələcək.
Yığmamızın noyabrın 6-dan 15-dək isə Macarıstanın Budapeşt şəhərində təlim-məşq toplanışı keçiriləcək.
Millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Ağaseyid Qasımov – “Qarabağ”
Nurlan Quluzadə – “Neftçi”
Fəhmin Muradbəyli – “Neftçi”
Mirkamil Həşimli – “Neftçi”
Təyyar Məmmədov – “Bakı”
Mahir Mədətov – “Bakı”
Renat Ağaverdiyev – “Bakı”
Yusup Xakimov – “Bakı”
Əfsər Məmmədov – “Bakı”
İlyas Səfərzadə – “Xəzər Lənkəran”
Elnur Cəfərov – “Xəzər Lənkəran”
Emin Zamanov – “Qəbələ”
Bəhlul Mustafazadə – “Qəbələ”
Yusif Nəbiyev – “Qəbələ”
Budaq Nəsirov – “Araz Naxçıvan”
Elnur Süleymanov – “İnter”
Mənsur Nahavəndi – “İnter”
Fərid Kərimzadə – “Sumqayıt”
Vadim Ağarəhimov – “Zenit” (Sankt-Peterburq, Rusiya)
Benhur Kama – “Hannover” (Almaniya)
Tolqa Şahin – “Kayzerslautern” (Almaniya)