Bu gün yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00), Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirəcək.
İdmanxeber.com-un məıumatına görə, futbolçularımız Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Oyuna təyinatları diqqətinizə çatdırırıq:
Baş hakim: Rob Rogers (İrlandiya)
Baş hakimn köməkçiləri: Mark Gavin (İrlandiya), Florian Lemaire (Belçika)
Dördüncü hakim: Jan Krieken (Belçika)
UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya)