FIFA 2014-ci ilin ən güclüsü adına iddia edən 23 futbolçunun siyahısını müəyyənləşdirib.
İdmanxeber.com-un məlumatına görə, dekabrın 1-də həmin 23 namizəddən 3-ü seçiləcək və 2015-ci il yanvarın 12-də “Qızıl top” mükafatının sahibi bəlli olacaq.
“Qızıl top”a namizədlər: Mario Qötze (Almaniya, “Bavariya”), Filipp Lam (Almaniya, “Bavariya”), Tomas Müller (Almaniya, “Bavariya”), Manuel Noyer (Almaniya, “Bavariya”), Aryen Robben (Hollandiya, “Bavariya”), Bastian Şvaynştayger (Almaniya, “Bavariya”), Qaret Beyl (Uels, “Real”), Kərim Benzema (Fransa, “Real”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Toni Kroos (Almaniya, “Real”), Serxio Ramos (İspaniya, “Real”), Xames Rodriges (Kolumbiya, “Real”), Dieqo Kosta (İspaniya, “Çelsi”), Tibo Kurtua (Belçika, “Çelsi”), Eden Azar (Belçika, “Çelsi”), Anxel di Mariya (İspaniya, “Mançester Yunayted”), Zlatan İbrahimoviç (İsveç, PSJ), Yaya Ture (Fil Dişi Sahili, “Mancester Siti”), Pol Poqba (Fransa, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”), Neymar (Braziliya, “Barselona”), Xavyer Maskerano (Argentina, “Barselona”), Andres İnyesta (İspaniya, “Barselona”).