23 Dekabr 2024
Ölkə futbolu

İK açıqladı: “Neftçi” cərimə olundu

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Kubokunun 1/16 final mərhələsinin MOİK – “Lokomotiv” matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Azərbaycan Kubokunun 1/16 final mərhələsinin “Qaradağ Lökbatan” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə” klubunun 44 №-li futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Topaz Premyer Liqasının IX  turunun AZAL – “Bakı” matçının 77-ci dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının IX turunun “Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunur (maddə 82.3).

Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “İnter”  matçının 61-ci dəqiqəsində  “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).

Əvəzedici heyətlərinin IX turunun AZAL – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

I Divizionun VIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 67-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 79-cı dəqiqəsində “Ağsu” klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun VIII turunun “Kəpəz” – “Zirə” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 90+2-cı dəqiqəsində “Zirə” klubunun 13 №-li futbolçusu Fərid Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun VIII turunun “Şahdağ” – “Lokomotiv” matçının 66-cı dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu İlkin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 83-ci dəqiqəsində “Lokomotiv”  klubunun 17 №-li futbolçusu Samir Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 400 manat cərimə olunur. (maddə 42.3).

I Divizionun VIII turunun “Turan-Tovuz” – “Neftçala” matçında “Turan-Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43