UEFA Rusiya ÇSKA-asına verdiyi cəzada dəyişiklik edib.
İdmanxeber.com-un məlumatına görə, UEFA CSKA-ya verdiyi cəzada müəyyən dəyişikliklər edib. Belə ki kluba üç oyun tamaşaçısız oynaması cəzasını verən qurum bunu iki matça endirib. Həmçinin, Rusiya təmsilçisinə verilən 200 min avro cəza, 100 min avroya endirilib.
UEFA-nın Rusiya təmsilçisinin ÇL-da səfər matçlarında keçirəcəyi iki oyunda azərkeşsiz oynamaq üçün verdiyi verdiyi cəza isə, qüvvədə qalıb.
Qeyd edək ki, UEFA-nın CSKA-ya bu cəzanı, klubun Çempionlar Liqası “Roma”yla keçirdikləri matçda klub fanatlarının “Roma”ya irqçi təzahüratları səsləndirilməsi səbəb olub.
Təbriz Babayev