UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu üçün 30.900 bilet satışa çıxarılacaq.
Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Ağdam klubunun rəsmisi bildirib ki, biletlər noyabrın 3-də satışa çıxarılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Dnepr” oyunu oktyabrın 6-da, saat 21:00-da keçiriləcək.