Premyer Liqanın 11-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Bakı” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun “vuran ayağı” Nurlan Novruzov cəzalı duruma düşüb. Cari mövsümdə “Bakı”nın rəqib qapılarına vurduğu 8 qoldan 5-nin müəllifi olan hücumçu “Neftçi” ilə qarşılaşmada aldığı sarı vərəqə ilə cəzalı duruma düşüb və “Qəbələ” ilə oyunda oynaya bilməyəcək.
Qeyd edək ki, Novruzov 5 qolla bombardirlər siyahısında ikincidi.