Azərbaycan Premyer Liqasının 11-ci turunda “İnter”lə oyundan (0:0) sonra “Sumqayıt” klubu istirahətə buraxılıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası noyabrın 7-də yığışacaq.
Məşqlərini Sumqayıtda keçirəcək komanda “Qəbələ” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Həmin qarşılaşma noyabrın 12-də Sumqayıt şəhər stadionunda keçiriləcək.