Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, IV turun ilk matçı Bakıda keçiriləcək.
Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ" Ukrayna "Dnepr"ini qəbul edəcək.
Səfərdəki matçda minimal hesabla qalib gələn Ağdam klubu cavab matçında uduzmamaqla növbəti mərhələ şansını saxlayacaq. Qurban Qurbanovun yetirmələri Dnepropetrovski klubuna qalib gələcəyi təqdirdə xalını 7-yə çatdıracaq ki, bu halda da komandamızın qrupdan çıxmaq şansları daha da yüksək olacaq.
"Qarabağ" qalib gələr, "Sent Etyen" "İnter"lə oyunda büdrəyərsə o zaman komandamızın 1/16 final şansları yüksələcək.
Avropa Liqası
6 noyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) 1:2
Baş hakim: Pavel Qil
Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Martsin Borkovski
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Kjiştof Yakubik
Dördüncü hakim: Konrad Sapela (hamısı Polşa)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. T. Bəhramov adına Respublika stadionu