Sevilyada futbol matçıdakı hesab əməlli-başlı ajiotaja səbəb olub.
İdmanxeber.com-un məlumatına görə, İspaniya aşağı yaş qruplarının oynunda futbolda az halda rastlanan hesab qeydə alınıb. Beləki, aşağı (11-12)yaş qruplarının görüşü çərçivəsində keçirilən “Atletiko Aznalkazar” – “Palomares Junior” matçında, “Atletiko”nun futbolçuları rəqib qapısına 68 dəqiqə ərzində 53 qol vurub. Qollardan heç birinin əvəzini çıxa bilməyən “Palomares”in prezdenti Sevilya Futbol Federasiyasına liqadan imtina etdiyi deyib.