“Sarı-qırmızılı” komandanın futbolçusu İspanya La Liqasında çıxış edə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”ın müdafiəçisi Səmih Kaya La Liqada mübarizə aparan “Atletiko”ya transfer oluna bilər. Hətda “Atletiko” futbolçunun transferi üçün 8 mln evro ayırdığı bildirilir. Səmihin transferi alınacağı təqdirdə “Qalatasaray”dan “Atletiko”ya keçən ikinci futbolçu olacaq.
Qeyd edək ki, daha öncə Arda Turan “Qalatasaray”dan “Atletiko”ya transfer olunmuşdu.