Milli komandaların Avropa çempionatının seçmə mərhələ oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən maksimum istifadə edən “Simurq” klubu yoldaşlıq görüşü keçirəcək.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi Bakının “İnter” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, noyabrın 13-də “İnter Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.