Qadın voleybolçular arasında avrokubok mövsümü start götürüb.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizi avrokuboklarda təmsil edəcək 4 klubdna biri artıq ilk matçını keçirib. Belə ki, “Azərreyl” “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk qarşılaşmada Avstriyanın “İnsburk” klubu ilə qarşılaşıb və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına bugün, saat 15:30-da çıxacaqlar.
“Çelenc Cup”, II təsnifat mərhələsi, ilk oyun
11 noyabr
“İnsbruk” (Avstriya) – “Azərreyl” (Azərbaycan) – 0:3 (10:25; 16:25, 18:25)