Xorvatiya millisinin və “Şaxtyor”un futbolçusu olan Dario Srna maraqlı yardımla diqqət mərkəzinə düşüb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu Mitkoviçe şəhərindən 20 ton mandarin alaraq Donetskli uşaqlara humanitar yardım kimi Ukranyaya gətizdirib. Ümumilikdə 23 143 şagird Srnanın hədiyyə etdiyi mandarindən alacaq. Bundan əlavə uşaqlara xüsusi açıqçalar da təqdim olunacaq.