“Real”ın hücumçusu Xese Rodrigez məşqlərə başlayıb.
İdmanxeber.com-un məlumatına görə, “Kral” klubunun forvardı Xese zədəsini sağaldıb. Hücumçu komanda ilə birlikdə məşqlərdə də iştirak edir. Onun “Kornelya” ilə baş tutacaq Kral kuboku matçında meydana çıxacağı ehtimal olunur.
Qeyd edək ki, futbolçu ötən mövsüm Çempionlar Liqası çərçivəsində “Şalke” ilə oyunda zədələnmişdi.