Az əvvəl bitən “İnter” – “Xəzər Lənkəran” oyunundan sonra stadionun paltardəyişmə otağına gedən karidorda düşən dava haqda məlumat vermişdik.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze matç bitən kimi XL tərəfə iki əlini tutaraq tərbiyəsiz jest etdi. Matçdan sonra keçirilən mətbuat konfransında əməkdaşımızın ona verdiyi “Niyə belə jest etdiz?” – sualına, Sxadadze belə cavab verib:
“Mən sevincimdən elə etdim. Başqa cür başa düşüldü”.