“Sxadadze oyun bitən kimi bizim məşqçilərə tərəf üzünü tutaraq ədəbsiz jest etdi. Axı o, kimdi gəlib bizim vətənimizdə özünü yekə-yekə apara? Bu, baş məşqçiyə yaraşmayan hərəkətdi”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov deyib.
Sxadadzenin ədəbsiz jestinə münasibət bildirərkən, Hüseynov daha sonra sözlərinə belə davam edib:
“Gərək belələrinin cavabını verəsən. Biz qələbə qazanmış komandanı təbrik etməyə hazırlaşarkən, onun bizə qarşı etdiyi hərəkətə bax. Gələrsən sən Lənkərana”.