UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com -un məlumatına görə, Avroliqada ölkəmizi təmsil edən "Qarabağ" 6 pillə irəliləyərək 158-ci pilləyə yüksəlib. Təmsilçimizin aktivində 10.450 xal var. "Neftçi" isə geriləyərək 8.950 xalla 179-cu olub.
158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3)
359. “Qəbələ” (+4)
362. AZAL (+3)
Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.
Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın 29-cu pillədəcə qərarlaşıb.