25 Dekabr 2024
Ölkə futbolu

Bu dəfə “Qarabağ” qorxutdu: Ağdam klubu üçün qrup mərhələsində ilk dəfə

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “İnter” matçı üçün məşhur bukmeker kontorları əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Bakıda baş tutacaq və Ağdam klubunun qrupdan çıxması üçün həlledici sayılan bu matçda favorit elə bizimkilərdi. Belə ki, açıqlanan əmsallarda “Qarabağ”ın qələbəsi 2.54 kimi dəyərləndirilib. İtaliya nəhənginin Bakıda qazana biləcəyi qələbəsinə 3.00 əmsalı verilib. Matçın heç-heçəsi isə 3.40 kimi dəyərləndirilir.

Sonda onu da qeyd edək ki, “Qarabağ” qrup mərhələsində keçirdiyi 5 qarşılaşmanın heç birində favorit hesab olunmamışdı. Ağdam klubunun “Sent Etyen” səfərində məğlub olmaması və qrupdan çıxma şansı artırması bukmeker kontorlarını da qorxudub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43