Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XIV turunun “Simurq” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimələnib.