AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan birinci divizionu və əvəzedicilərin çempionatının son turunda baş verən hadisələr də diqqətdən kənar qalmayıb.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK son turda yaşananlarla bağlı müvafiq qərarlar verib:
Əvəzedici heyətlərin XIV turunun “Bakı” – “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 45 nömrəli futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Əvəzedici heyətlərin XIV turunun “Simurq” – “Qarabağ” matçının 81-ci dəqiqəsində “Qarabağ” klubunun 16 nömrəli futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimələnib.
Əvəzedici heyətlərin XIV turunun “Neftçi” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, kluba 2000 manat cəza kəsilib.
Azərbaycan birinci divizionunun XIII turunun “Şuşa” – “Energetik” matçının 48-ci dəqiqəsində “Energetik” klubunun 8 nömrəli futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun XIII turunun MOİK – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Azərbaycan birinci divizionunun XIII turunun “Lokomotiv” – “Mil-Muğan” matçının 33-cü dəqiqəsində “Lokomotiv” klubunun 10 nömrəli futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat cəza tətbiq edilib.