Azərbaycan kubokunun 1/8 final mərhələsində bir oyunun yeri dəyişdirilib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün qorunması məqsədi ilə “Qarabağ” – MOİK matçı “Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, qarşılaşma bu gün, saat 15:30-da başlanacaq.