Kriştiano Ronaldo “Selta” ilə görüşdə fərqlənərək La Liqa tarixinə düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Real”ın portuqaliyalı futbolçusu “Selta” matçında etdiyi het-trik ilə La Liqadakı 200-cü qoluna imzasını atıb. Bundan əlavə 23 dəfə bir matçda 3 qol vuran superulduz La Liqa tarixində ən çox het-trik edən futbolçu ünvanına sahib çıxıb.
Qeyd edək ki, Ronaldo bu mövsüm La Liqada meydana çıxdığı 13 matçda 23 qol vurub.