Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la qarşılaşacaq “İnter”in Bakıya gələcəyi tarix müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi paytaxtımıza dekabrın 10-da gələcək.
“İnter” elə həmin gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan öncə isə “İnter”in baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.