"Qarabağ"ın oyununa bələdəm. Biz bura yaxşı oyun oynamağa gəlmişik".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri sabah Avroliqanın qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq "İnter" klubunun baş məşqçisi Roberto Mançini deyib:
"Həm "Qarabağ"ın, həm də bizim komandanın hücumçuları güclüdü. Bura qol vurmağa gəlmişik, gəzməyə yox. "Qarabağ" çox yaxşı komandadı və sabah bizi gözəl oyun gözləyir".