Azəbaycan Premyer Liqasının XVI turunda “Bakı”nın qonağı olacaq “Xəzər Lənkəran” bu matç üçün hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, zədəli Deyan Blajevski də məşqlərdə iştirak etmir. Makedoniyalı futbolçu klubdna icazə alaraq bir neçə günlük vətəninə yollanıb.
Onun “Bakı” ilə oyuna kimi düşərgədə olması gözlənilir.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu dekabrın 14-də keçiriləcək.