Avropa Liqasının qrup mərhələsinin son turunda bugün “Qarabağ” “İnter”lə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun Avroliqanın-in 1/16 mərhələsindəki potensial rəqibləri də müəyyənləşib.
Əgər Qurban Qurbanovun başçılıq etdiyi komanda bugün “İnter”i məğlub etsə və ya Kiyevdəki nəticədən asılı olaraq qrup mərhələsini ikinci kimi başa vursa, o zaman “köhlən atlar” “Atletik”, “Sportinq”, “Zenit”, “Olmipiakos” kimi klublarla qarşılaşa bilər.
Ümumilikdə isə “Qarabağ”ın qrup səddi aşılacağı təqdirdə 15 potensial rəqibi var.
I səbət
“Olimpiakos” (Yunanıstan)
“Sportinq” (Portuqaliya)
“Atletik” (İspaniya)
“Zenit” (Rusiya)
II səbət
“Ayaks” (Hollandiya)
“Liverpul” (İngiltərə)
“Anderlext” (Belçika)
“Roma” (İtaliya)