Bu gün Avropa Liqasında “Tottenhem”i qəbul edəcək “Beşiktaş” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın futbolçusu Veli Qavlaq sözügedən oyun öncəsi məşqdə zədələnib. Zədəsinin nə qədər ciddi olduğu bilinməsədə türkiyəli futbolçu ingilis komandası ilə matçı buraxacağı dəqiqləşib.